UFC rəhbərliyi rəsmi olaraq bəyan edib ki, Petr Yan və Merab Dvalişvili UFC 333 turnirində növbəti dəfə üz-üzə gələcək. Turnir 24 oktyabr tarixində Əbu-Dabidə baş tutacaq. İndiyədək bu döyüşçülər arasında iki qarşılaşma keçirilib. İlk döyüşdə hakimlərin yekdil qərarı ilə Merab Dvalişvili qalib gəlib, ikinci qarşılaşmada isə eyni üsulla Petr Yan üstün olub. Hazırda Yanın aktivində 20 qələbə və 5 məğlubiyyət, Dvalişvilinin isə 21 qələbə və 5 məğlubiyyəti var.
Offsideplus.az xəbər verir ki, gecənin əsas döyüşündə isə Aleks Volkanovski və Movsar Evloev yarımyüngül çəki üzrə çempionluq kəməri uğrunda mübarizə aparacaq. Volkanovskinin hesabında 28 qələbə və 4 məğlubiyyət, Evloevin isə 20 döyüşdə 20 qələbəsi var. Dvalişvili sosial şəbəkədə Yanı səsləyərək bildirib: "Qayıdanda xəbər et, darıxmışam."


