Aleksandr Volkovun meneceri İvan Bannikov rusiyalı döyüşçünün Rizvan Kuniyevə qarşı UFC 333-də keçiriləcək qarşılaşmasının səbəbini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, o, bildirib ki, Volkovun növbəti döyüşünü uzun müddət gözləməməsi üçün bu qərar verilib.
Bannikov açıqlamasında deyib: "Kunievlə döyüşün elanına reaksiya? Yeganə reaksiya odur ki, Aleksandrın növbəti döyüşünü bir ildən çox gözləməsinə ehtiyac qalmayacaq. Aspinall və Gan yalnız həmin vaxt döyüşəcəklər. Onların qarşılaşmasının bitməsini gözləsək və yalnız sonra qaliblə döyüşsək, Aleksandr üçün çox uzun fasilə yaranacaq".
Aleksandr Volkovun aktivində 40 qələbə və 11 məğlubiyyət var. Rizvan Kuniev isə 14 qələbə, 3 məğlubiyyət və 1 heç-heçə ilə yadda qalıb. Volkov və Kuniev UFC 333-də qarşılaşacaqlar. Həmçinin, Murzakanov Reyesə, Krılov isə Yahyayevə qarşı döyüşəcək.


