UFC 330 turnirində İslam Maxaçev və İen Maçado Gerri arasında baş tutan titullu qarşılaşma gərgin mübarizə ilə yadda qalıb. 

Offsideplus.az xəbər verir ki, son raunda üstün xal fərqi ilə çıxan Maxaçev, Garriyə qarşı ciddi müqavimət göstərib. Lakin həlledici beş dəqiqədə Garri rəqibini təzyiq altında saxlamaq əvəzinə, döyüşə əl sıxmaq və qucaqlaşmaqla başlayıb. Bu isə UFC-nin baş direktoru Dana Uaytı məyus edib.

Dana Uayt döyüşdən sonra keçirilən mətbuat konfransında Gerriyə sərt irad bildirib: "Düşünürəm ki, İan istedadlı idmançıdır. Amma beşinci raundda bir damcı belə qətiyyət göstərsəydi, nəticə fərqli ola bilərdi. İslamın bədəni və üzü ciddi zərbələr almışdı. Beşinci raunda qucaqlaşma və əl sıxmaqla başlamaq məni dəli edir. Belə məqamlarda riskə gedib, döyüşü bitirməyə çalışmaq lazımdır. İan bu döyüşə baxıb, 'Kaş yenidən edə biləydim' deyəcək".

Uayt əlavə edib ki, Garri son raundda bütün gücünü səfərbər etsəydi, döyüşün taleyi tamamilə dəyişə bilərdi. Lakin Maxaçev rəqibini yerə salaraq nəzarəti ələ alıb və titulunu uğurla qoruyub. Bu qələbə ilə İslam Maxaçev UFC tarixində ardıcıl 17-ci qələbəsini qazanaraq Anderson Silvanın rekordunu yeniləyib.

Dana Uayt bildirib: "Bu gecə sensasiyaya tam şərait var idi. İan Garri böyük, güclü və yaxşı müdafiə olunan idmançıdır. Onun Maxaçevə qarşı yerə salmalardan müdafiəsi təsirli idi. Amma nəticədə İslam lazım olanı etdi və qalib gəldi".