"Arsenal"ın 19 yaşlı gənc hücumameyilli yarımmüdafiəçisi Etan Nvaneri bu yay transfer pəncərəsi bağlanmadan Şimali London klubunu tərk etməyə çox yaxındır.
Offsideplus.az xəbər verir ki, ingiltərəli futbolçunun komandadan ayrılması artıq həftələr öncədən planlaşdırılıb və bu addım sürpriz deyil. Nvaneri Mövsümöncəsi hazırlıq oyunlarında iştirak etməsinə baxmayaraq, "Arsenal"ın bugünkü "Mançester Siti" ilə qarşılaşmasının heyətinə, hətta ehtiyat skamyasına belə daxil edilməyib ki, bu da onun komandadan gedişinin artıq an məsələsi olduğunu göstərir.
-
Romanonun təsdiqi: Fabrisio Romano bildirib ki, Nvaneri transfer pəncərəsi bitməmiş "Arsenal"ı rəsmən tərk edəcək. Hər iki tərəf oyunçunun inkişafı üçün yeni komandaya keçməsinin ən yaxşı variant olduğu qənaətindədir.
-
Təklif göndərən klublar: Gənc oyunçu üçün Avropanın bir neçə iddialı klubu növbəyə dayanıb. İtaliyanın "Milan", Türkiyənin "Qalatasaray", Almaniyanın "Borussiya Dortmund" və İngiltərənin "Çelsi" klubları Nvanerini heyətinə qatmaqda maraqlıdır.
-
Oyunçunun karyera vəziyyəti: Keçən mövsümü icarə əsasında "Marsel"də keçirən Nvaneri "Arsenal"ın hücum xəttindəki sıx rəqabət səbəbindən daha çox oyun vaxtı ala biləcəyi bir layihəyə üstünlük vermək niyyətindədir.


