UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Sabah" – "Hapoel Beer-Şeva" (İsrail) cavab qarşılaşmasının biletləri artıq satışa çıxarılıb.

Offsideplus.az xəbər verir ki, azarkeşlər biletləri "Iticket.az" saytı üzərindən onlayn qaydada əldə edə bilərlər.

Bundan başqa, matç günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satış təşkil olunacaq.

Qeyd edək ki, avqustun 25-də baş tutacaq "Sabah" – "Hapoel" görüşü saat 20:45-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq