Azərbaycan millisinin futbolçuları Aytac Şərifova və Sevinc Cəfərzadə Türkiyədəki karyeralarını davam etdirəcəklər.
Offsideplus.az xəbər verir ki, "Yüksekovaspor" klubu onlarla müqavilə müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki futbolçu daha bir mövsüm Super Liqa klubunun formasını geyinəcək.


