Bu gün Misli Premyer Liqasının 1-ci turunun növbəti oyunları keçiriləcək. Günün ilk oyununda “Sumqayıt” “Neftçi”ni qəbul edəcək.

Klubların mətbuat xidməti itkilərlə bağlı Offsideplus.az-a məlumat verib. 

“Sumqayıt”da Emil Mustafayev, Rüstəm Əhmədzadə və Keffel Resendenin oynamamaq ehtimalı var. Səbəb isə mikro zədələri olmasıdır. Yekun qərar matçdan əvvəl veriləcək.

“Neftçi”də isə iki itki var. İefanyi Metyu ötən mövsümün son turunda - “Kəpəz”lə matçda qırmızı vərəqə ilə cəzalandığı üçün bu qarşılaşmanı buraxacaq. Kenan Piriçin isə mikro zədəsi var. 

Qeyd edək ki, görüş 19:00-da start götürəcək.