"Sabah"ın U-14 kollektivi Gürcüstanda təşkil olunan "Kobuleti Winter Cup" turnirində çempionluq sevinci yaşayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bayquşlar" yarımfinal mərhələsində Batumi "Dinamo"suna (5:0), həlledici final qarşılaşmasında isə "T.S. Academy" komandasına (2:0) qalib gələrək qızıl medallara sahib çıxıb.