Lionel Messi "İnter Mayami" forması ilə qollarına davam edir.

Offsideplus.az xəbər verir ki, argentinalı ulduz "Nyu İnqlənd"lə matçda rəqib qapısına 2 dəfə yol tapıb və komandasına qələbə qazandırıb - 2:1.

Messi bununla da MLS-də ardıcıl 4-cü oyunda dubl etməyi bacarıb. O, MLS-də bunu edən ilk futbolçu olub.

Onun qollarını sizə təqdim edirik: