Yığmamızın futbolçusu Mahir Emreli "Nürnberq"in heyətində dünən "Ayntraxt"a (Braunşveyq) qarşı göstərdiyi oyun sayəsində Almaniya 2-ci Bundesliqasında XXXIV turun simvolik komandasına düşüb.

Offsideplus.az xəbər verir ki, 9,2 bala layiq görülən həmvətənimiz ən yaxşı 2 hücumçudan biri olub.

Simvolik komandada yalnız bir oyunçu - "Qroyter Fyurt"un yarımmüdafiəçisi Feliks Klaus Mahirdən çox bal yığıb (9,9).

Xatırladaq ki, Emreli "Ayntraxt"la görüşdə het-trikə imza ataraq 4:1 hesablı səfər qələbəsində əsas pay sahibi olub. Bu, futbolumuzun "Nürnberq"də sonuncu matçı kimi yadda qalıb.

img_1_1747653502061