“The Chess Journal” dünyanın ən çox qazanan şahmatçılarını araşdırıb.
Offsideplus.az xəbər verir ki,xəbər verir ki, araşdırmanın nəticələrinə görə, ilk iki yerdə əfsanəvi şahmatçılar - Anatoli Karpovla Harri Kasparov qərarlaşıb. Onlar hərəyə 50 milyon dollar qazanıblar.
Norveçli Maqnus Karlsen isə 3-cüdür - 30 milyon dollar.
Siyahının 4-cü pilləsində isə azərbaycanlı şahmatçı Teymur Rəcəbov yer alıb. O, indiyə qədər 20 milyon dollar qazanıb.
Maraqlıdır ki, ilk üç yerdəki şahmatçılardan fərqli olaraq Teymur dünya çempionu olmayıb və yeganə ciddi uğuru Dünya Kubokunu 1 dəfə qazanmasıdır.