"Arsenal" ötən gecə Çempionlar Liqasında "Real"ı 3:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, matçın qəhrəmanı, cərimə zərbəsindən dubl edən Deklan Rays topun yanına yaxınlaşanda nələr baş verdiyi barədə danışıb:

“İlk cərimə zərbəsini yerinə yetirdiyim zaman standard vəziyyətlər üzrə məşqçimiz Nikolas Yover topu içəriyə doğru ötürməyimi istədi. Lakin Bukayo Saka “əgər hiss edirsənsə, vur” dedi. 

Sakanın sözlərindən sonra zərbə vurmaq qərarı aldım. İlk qol zamanı qapıçının mövqeyini gördüm və yoxlamaq istədim. İkinci qolda isə onu vuracaq qədər özümə inamım var idi”.