"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi 33 yaşlı hücumçu Rauf Əliyevi transfer edib. Onunla 1 illik sözləşmə imzalanıb. Daha əvvəl “Qarabağ”, “Neftçi”, “Qəbələ” kimi komandalarda oynamış təcrübəli oyunçunun son klubu “Səbail” olub.
Qeyd edək ki, "Kəpəz" yeni mövsümdən Premyer Liqada çıxış edəcək. "Sarı-göylər" ilk turda öz meydanında "Zirə" ilə qarşılaşacaq.


