İspaniya La Liqasında 6-cı turun qarşılaşmaları bu gün start götürür.

Offsideplus.az xəbər verir ki, bu turda "Real Madrid" səfərdə "Elçe" ilə qarşılaşacaq. Çərşənbə günü "Atletiko Madrid" öz meydanında "Osasuna"nı qəbul edəcək, "Barselona" isə "Rasinq"lə üz-üzə gələcək.

Turun son oyunu cümə axşamı "Malaqa" ilə "Vilyarreal" arasında keçiriləcək.

Qeyd edək ki, 3 sentyabrda baş tutan 6-cı turun təxirə salınmış oyununda "Real Sosyedad" "Selta" ilə qolsuz heç-heçə edib (0:0).

Turun tam təqvimi belədir:

15 sentyabr (çərşənbə axşamı)

21:00 "Rayo Valyekano" - "Espanyol"

22:00 "Alaves" - "Valensiya"

23:30 "Elçe" - "Real Madrid" 

16 sentyabr (çərşənbə)

21:00 "Atletiko" - "Osasuna"

21:00 "Deportivo" - "Sevilya"

23:30 "Barselona" - "Rasinq"

23:30 "Levante" - "Atletik" (Bilbao)

17 sentyabr (cümə axşamı)

21:00 "Betis" - "Xetafe"

23:30 "Malaqa" - "Vilyarreal"