Kilian Mbappe bu mövsüm "Real Madrid"də Çempionlar Liqasını qazanmağı əsas məqsəd kimi görür.
Offsideplus.az xəbər verir ki, fransalı hücumçu bu barədə CBS Sports-a açıqlamasında danışıb. "Bu, mənim məqsədim və tapşırığımdır. Dünən "Qızıl top" barədə də eyni fikri bildirmişdim, amma Çempionlar Liqası mənim üçün daha önəmlidir. Mən arzuladığım klubda oynayıram. Burada, Madrid şəhərində Çempionlar Liqasını qazanmaq mənim üçün çox vacibdir, bunu hər şeydən çox istəyirəm. Amma əlbəttə, bu il "Qızıl top"u qazanmaq üçün də əla imkan var. Mənim üçün yaxşı ildir. Komandanın perspektivləri barədə danışmaq hələ tezdir. Biz Çempionlar Liqasında yeni başlamışıq və ilk oyunda qələbə qazanmışıq. Lakin xüsusi nəticələr əldə etmək istəyirik. Dünyanın ən güclü klubları ilə rəqabət apara bilən kollektiv olmaq arzusundayıq. Bilirik ki, ötən mövsüm Çempionlar Liqasında çətinliklərimiz oldu. "Real Madrid"də həmişə zirvədə olmaq lazımdır. Ümid edirəm ki, bu il bir komanda kimi mübarizə aparıb istədiyimiz yerə çatacağıq", – deyə Mbappe bildirib.


