"Panatinaikos" yeni mövsüm öncəsi heyətlə bağlı problem yaşamağa başlayıb.

Offsideplus.az xəbər verir ki, Yunanıstan klubunun mərkəz oyunçusu Mustafa Fall məşq zamanı bud əzələsindən zədə alıb. 34 yaşlı basketbolçu artıq müalicəyə başlayıb və vəziyyəti yaxın günlərdə yenidən qiymətləndiriləcək. Onun nə vaxt meydana qayıdacağı hələlik məlum deyil. Fall bu yay "Panatinaikos"a qoşulub və klubla üçillik müqavilə imzalayıb. O, son beş mövsümü "Olimpiakos"da keçirib.