"Anadolu Efes" yeni mövsümə hazırlıqlar çərçivəsində keçirilən Gloria Cup turnirində "Lokomotiv Kuban" üzərində inamlı qələbə əldə edib. İstanbul təmsilçisi oyunun əvvəlindən üstünlüyü ələ alaraq qarşılaşmanı 85:74 hesabı ilə başa vurub.
Offsideplus.az xəbər verir ki, "Anadolu Efes"də Dario Şariç 15 xal və 4 ribaundla komandasının ən məhsuldar oyunçusu olub. Kollin Malkolm və Santyaqo Yusta hərəyə 12 xal (Yusta 2 ribaundla), Daron Rassell isə 11 xal toplayıb. "Lokomotiv Kuban"da Markos Nayt 18 xal, 3 ribaund və 5 assistlə fərqlənib. Anton Kvitkovskix 12 xal və 2 ribaund, Andrey Lopatin 11 xal və 3 ribaund, Alen Hadzibegoviç isə 10 xal və 9 ribaundla yadda qalıb.
"Anadolu Efes" növbəti olaraq VTB Kubokunda iştirak edəcək və burada "Zenit" və "UNICS"lə eyni qrupda mübarizə aparacaq. Komandanın EuroLeague-də ilk oyunu isə 24 sentyabrda "Barselona"ya qarşı olacaq.


