“Bu həm “Sabah”, həm də Azərbaycan futbolu, ölkəsi üçün möhtəşəm nailiyyətdir”.

Bu cümləni Offsideplus.az-a açıqlama “Şamaxı” və “Turan Tovuz”da forma geymiş nigeriyalı hücumçu Natan Oduva deyib:

“Əvvəlcə, “Sabah”ı Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Bu həm “Sabah”, həm də Azərbaycan futbolu üçün möhtəşəm nailiyyətdir”.

30 yaşlı futbolçu “Mançester Yunayted”lə oyun barədə isə bunları deyib:

“Düşünürəm ki, “Sabah” çox yaxşı oynayacaq.  Amma bunu da nəzərə almaq lazımdır ki, nəticədən aslı olmayaraq “Sabah” artıq böyük uğur qazanıb. Bu klub özü ilə fəxr etməlidir”.