"Liverpul" növbəti mövsümdən yeni əsas sponsorla əməkdaşlığa başlayacaq.
Offsideplus.az xəbər verir ki, İngiltərə klubu aviaşirkət Türk Hava Yolları (THY) ilə tərəfdaşlıq müqaviləsi imzaladığını açıqlayıb.
Razılaşma 2027-ci ilin iyununda qüvvəyə minəcək. 2010-cu ildən bəri "Liverpul"un əsas sponsoru "Standard Chartered" bankı idi.
"The Athletic" nəşrinin məlumatına görə, "Liverpul" və THY arasında müqavilə 5 illik nəzərdə tutulub.
Bu müddət ərzində klub 300 milyon funt sterlinqdən çox gəlir əldə edəcək.
Klub rəhbərliyi hesab edir ki, bundan sonra Premyer Liqada forma üzərində reklam üçün ən yüksək məbləği alacaqlar – mövsümə təxminən 60 milyon funt.
Hazırda Standard Chartered "qırmızılar"a ildə təxminən 50 milyon funt ödəyir.


