Dünyaca məşhur futbolçu Lionel Messi atasının vəfatından paylaşım edib.

Offsideplus.az xəbər verir ki, argentinalı hücumçunun sosial şəbəkə hesabında paylaşdığı duyğusal sözlər azarkeşləri kədərləndirib.

Messinin paylaşımında bu sözlər yer alıb:

"Ata, getdiyinə hələ də inana bilmirəm. Yıxılmıram, daha doğrusu yıxılmaq istəmirəm. Seni bir daha görə bilməyəcəyim fikri belə çox ağırdır. Hələ də danışacağımızı sanırdım. Yaxşı olduğunu və bunun sənin üçün ən yaxşısı olduğunu deyirdin.

Məndən daim son Dünya Çempionatında oynamağımı istəyirdin. Turnirin başlamasına bir neçə gün qalmış yarışda iştirak edə bilməyəcəyimi düşündüyüm vaxtlar idi. Ama anam mənə daha yaxşı olacağımı və səyahət edə biləcək vəziyyətə gələcəyimi deyirdi. Mən də sənə finala qədər yüksələcəyimizi, beləliklə sənin də gələ biləcəyini söyləyirdim.

Hər oyun bitəndə səndən gələcək mesajı gözləyir və sənin üçün darıxırdım. Məhz o zaman vəziyyətin həqiqətən pis olduğunu anladım. Yerinə yetirə bildiyim qədər irəli getməyi, sənə vaxt ayırmağı və bir oyunumu izləməyini təmin etməyi düşünməyə davam etdim. Finala yüksəldik, amma sən orada ola bilmədin. Onu qazanıb sənə gətirmək və sənə yeni kuboku göstərmək istəyirdim. Bacarmadım, qardaşlarım da mənə icazə vermirdi. Bu dəfə fiziki olaraq özümə qarşı mübarizə aparmağa çalışdım, amma başarmadım. Heç vaxt özümü yaxşı hiss etmədim."

Finalı penaltilərlə uduzduğumuzu düşünürdün. Baş verənlərin heç birini danışa bilmədik. Sən heç nəyin dadını çıxara bilmədin. Çempion ola bilmədik, amma hər matçdan birlikdə zövq aldığımızı sən bilmirdin. Bir daha haqlı idin, orada olmalı və oynamalı idim. Bunları sənə danışıram, çünki danışmadığımız tək şey bu idi; qalan hər şeyi onsuz da bilirsən. Hər gün danışırdıq və öhdəliklərim sayəsində nə vaxt görüşə biləcəyimizi də görürdük.

Sənsiz nə edəcəyimi bilmirəm, necə davam edəcəyimi bilmirəm. Mən sadəcə futbol oynayırdım və bunu daha nə qədər davam etdirəcəyim barədə çoxlu şübhələrim var. Ən başından bəri yanımda idin, sona çox az qalmışdı. Niyə bir az da dözmədin ki, sonunda birlikdə bitirmədik? Sənin xoşbəxtliyinin ailəni, həyat yoldaşını, uşaqlarını yaxşı görməkdən və ən əsası, başqalarının səni mənim oyunlarımı izləyərkən görməməsindən keçdiyini bilirəm... Mən uşaq olarkən də həmişə belə idi. Məni bütün məşqlərə aparardın. İşə yeni başladığında isə çox işlədiyin üçün məni çox vaxt anam aparardı.

Əlbəttə, oyunların heç birini qaçırmazdın. Məni izləyərkən necə əziyyət çəkdiyini və necə zövq aldığını xatırlayıram. Hərçənd mənə heç vaxt çox tərif etməsən də... Sən mənim atam, dostum və menecerim idin. Hər an olmalı olduğum şəxs olmağımı təmin edən və heç bir məsələdə yanılmayan şəxs həmişə sən idin. Bəzi giley-güzarlarımızın və ya mübahisələrimizin ötesində həmişə yanımda oldun. Sonunda, sənin dediyin kimi formalaşmağa başladım.

Sənin üçün çox darıxacağam, amma həmişə yanımda olacaqsan. Xüsusilə də uşaqlarımın tərbiyəsində, çünki mənə öyrətdiyin hər şeyi mən də onlara öyrədəcəyəm. Huzur içində yat və bizi yuxarıdan, burada etdiyin kimi qoru. Hər şey üçün təşəkkür edirəm.

Səni sevirəm, ata.

Ronaldodan dəstək mesajı:

Lionel Messinin illərdir futboldakı ən böyük rəqibi hesab olunan Kriştiano Ronaldo da bu paylaşımın şərh bölməsində dəstəyini ifadə edib.

Ronaldo rəyində bu sözləri qeyd edib: "Bu çətin məqamda sənə və ailənə səmimi sevgilərimi göndərirəm, Leo. Möhkəm qal."