Dünya Kubokunun 2026-cı il qalibi İspaniya oldu. Finalda Argentina ilə qarşılaşan İspaniya, uzatmalarda qələbə qazanaraq kuboku ikinci dəfə qazandı.
Offsideplus.az xəbər verir ki, Athletic bu ilki turnirdə çıxış edən ən yaxşı 50 futbolçunu sıralayıb. Siyahının ilk sırasında Lionel Messi yer alıb. Messi turniri 8 qol və 4 məhsuldar ötürmə ilə tamamlayıb. İkinci sırada isə Kilian Mbappe qərarlaşıb. Mbappe turniri 10 qol və 4 məhsuldar ötürmə ilə başa vurub.
Siyahıya "Beşiktaş"ın yeni transferi Leandro Trossard da daxil edilib. Trossard Dünya Kubokunun ən yaxşı 32-ci futbolçusu seçilib. Belçikalı futbolçu ABŞ-a qarşı oyunda Belçikanın ən yaxşısı kimi göstərilib, lakin İspaniya ilə qarşılaşmada eyni təsiri göstərə bilməyib. Buna baxmayaraq, "Beşiktaş"a yeni transfer olan keçmiş "Arsenal" oyunçusu üçün bu, yaxşı bir Dünya Kuboku oldu.
2026 Dünya Kubokunun ən yaxşı oyunçuları siyahısında ilk 10 belədir: Lionel Messi — Argentina/Inter Mayami,
Kilian Mbappe — Fransa/"Real Madrid",
Rodri — İspaniya/"Mançester Siti",
Cud Bellingham — İngiltərə/"Real Madrid",
Pau Kubarsi — İspaniya/"Barselona",
Aymerik Laport — İspaniya/Athletic Club,
Erling Haaland — Norveç/"Mançester Siti",
Harri Keyn — İngiltərə/"Bavariya Münhen",
Maykl Olise — Fransa/"Bavariya Münhen",
Ousmane Dembele — Fransa/"Paris Sen-Jermen".


