Formula 1-in sabiq pilotu və "Sky Germany"nin eksperti Ralf Şumaxer Corc Rassellin Belçika Qran-prisindəki uğursuzluğundan sonra verdiyi emosional reaksiyanı dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, Şumaxer "Mersedes" pilotunun bəhanə gətirməməli olduğunu və komanda yoldaşı Andrea Kimi Antonellinin səviyyəsinə çatmalı olduğunu bildirib:

"Rassell ilk növbədə komanda yoldaşı ilə eyni səviyyədə çıxış etməlidir. Heç bir bəhanə ola bilməz. Məlumatların bu qədər əlçatan olduğu müasir dövrdə onun bolidinin daha zəif olduğuna inanmıram. Rassell simulyatora qayıtmalı, müəyyən mənada komanda yoldaşının etdiklərini kopyalamalı və bu, adiləşənə qədər məşq etməlidir. Bura daxil olub-olmayacağını görmək maraqlı olacaq".