İtaliya klubu “Milan” yay transfer pəncərəsində Kristian Pulişiç üçün təxminən 80 milyon avro civarında təklifləri nəzərdən keçirməyə hazırdır.
Offsideplus.az xəbər verir ki, İngiltərə klubları “Tottenhem”, “Arsenal” və “Mançester Yunayted” amerikalı futbolçunun vəziyyətini yaxından izləyir və mümkün transfer üçün monitorinq aparır.
Pulişiçin yayda komandanı tərk etməsi “Milan”ın əsas transfer gündəmlərindən biri kimi dəyərləndirilir.


