Bu gün Formula 1 üzrə ABŞ Qran-Prisində yarış günü baş tutub.

Offsideplus.az xəbər verir ki, yarışa pouldan başlayan "Red Bull" pilotu Maks Verstappen finişi birinci keçib. İkinci yeri "Maklaren"dən Lando Norris, üçüncü yeri isə "Ferrari"dən Şarl Lekler tutub.

İlk "10-luq" aşağıdakı kimidir:

1. Maks Verstappen 

2. Lando Norris 

3. Şarl Lekler 

4. Lüis Hemilton

5. Oskar Piastri 

6. Corc Rassel 

7. Yuki Tsunoda

8. Niko Hülkenberq 

9. Olli Bearman

10. Fernando Alonso 

Qeyd edək ki, Maks Verstappen lider Oskar Piastri ilə xal fərqini 40-a, Lando Norris ilə isə 26-ya endirib. 

Son ABŞ Qran-Prisində və sprintdə qalib gələn Maks yay fasiləsindən bəri 3 dəfə əsas yarışda çempion olub, 2-də ikinci yeri tutub.