Bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin könüllü proqramına qeydiyyat mərhələsi rekord göstərici ilə başa çatıb.
Offsideplus.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, cəmi 72 saat ərzində 49 000 müraciətin daxil olması yarışın tarixində mütləq rekorddur.
Müqayisə üçün qeyd edək ki, könüllülük üçün müraciət sayı 2024-cü ildə 16 000, ötən il isə 31 000 nəfər olmuşdu.
Qeyd edək ki, builki Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.


