Formula 1 Azərbaycan Qran-Prisinin yeri dəyişdirilə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov “Move Real Estate” Forumunun kuluarlarında “RİA Novosti”yə açıqlamasında deyib.
O bildirib ki, yeni "Formula 1" trası Sea Breeze yaxınlığında yaradılacaq süni adada 2031-ci ildə istifadəyə verilə bilər: Yaxın gələcəkdə “Sea Breeze” kurortu ərazisində alov formasında, sahəsi 200 hektar olan süni adanın salınmasını planlaşdırılır: “Biz bütün “Fire Island” ərazisini bir neçə klasterə bölməyi və hər memarlıq bürosuna klasterlərdən biri üçün öz fərdi üslubunda unikal konsepsiya hazırlamağı təklif etmək istəyirik. Formula 1 yarışlarının təşkilatçıları köhnə Bakının fransız damlı dörd və beşmərtəbəli binalardan ibarət memarlığını çox bəyənirlər. Buna görə də yarışın keçiriləcəyi sahələrdə binaların layihələndirilməsini məhz bu üslubla yaxşı işləməyi bacaran memar Sergey Çobana həvalə etmək niyyətindəyəm”, - Ağalarov deyib.
Qeyd edək ki, hazırda Bakı yarışı şəhər trekləri arasında ən uzun və sürətli treklərdən biri hesab olunur.



