"Ferrari"nin mühəndisi Cok Kliar Piter Uindzorun "Yutub" kanalında çıxış edərək, Lyuis Hemiltonun İtaliya təmsilçisindəki çıxışını və Şarl Leklerlə rəqabətini qiymətləndirib. 

Offsideplus.az mütəxəssisin fikirlərini si təqdim edirik:

"Ferrari"nin hədəf seçildiyi bir dövrdə komanda və pilotlar adına çox şadam. Ötən il Luisin çəkdiyi çətinlikləri hamımız hiss edirdik. Onun başqa komandaya, fərqli mədəniyyətə və fərqli DNT-yə malik bolidə uyğunlaşması həqiqətən ağır bir proses idi. Bəziləri titul qazanmağın asan olduğunu düşünsə də, Luisin üzləşdiyi çətinliklər bunun nə qədər mürəkkəb olduğunu sübut etdi.

Artıq "Ferrari"də bir illik təcrübəsi var və bu fərq özünü göstərir. Söhbət təkcə dövrə vaxtlarından yox, onun ümumi davranışından gedir. Bu mövsüm Luis daha inamlıdır və bolidini daha yaxşı hiss edir. O, Lekleri ciddi təzyiq altında saxlayır.

O, əsl qalibdir. Onun iş etikası və hər şeyin mahiyyətinə varmaq istəyi "Mersedes"də birlikdə işlədiyimiz 10 il əvvəlki vaxtlardan daha güclüdür. Sadəcə, bu il çəkdiyi zəhmət öz bəhrəsini verir".