"Uilyams"ın pilotu Karlos Sayns boliddə yaranan problemlərə komandanın reaksiyasından danışıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli sürücü problemlərin olacağını əvvəldən hiss edib:
"Əlbəttə ki, bu, həm mənim, həm komanda, həm Ceyms Voulz (komandanın rəhbəri), həm Aleks Albon, həm də mühəndislər üçün şok oldu. Gizli deyil ki, maşın üzərində işləmək çətin idi. Problemlərin olacağını hələ dekabr və yanvar aylarında hiss etmişdim.
Boliddəki gecikmələr barədə danışıqlar başladığı üçün özümü çətinliklərə hazırlamağa başlamışdım. İlk testlərə gələ bilmədik və artıq çəki problemi ilə üzləşdik.
Başlanğıcın o qədər də ümidverici görünmədiyini demişdim. "Uilyams"ın nə vaxtsa problemlərlə qarşılaşacağını əvvəldən bilirdim. Uğura gedən bütün yollar düz deyil. Həmişə maneələr olacaq. İndi isə böyük bir maneə ilə üz-üzəyik – ehtimal ki, bu, gözlədiyimdən də böyükdür", - deyə Sayns bildirib.


