Niderland klubu "Ayaks" son 5 mövsümdə futbolçu satışından 558 milyon avro qazanc əldə edib.
Offsideplus.az xəbər verir ki, bu yay Antonini 100 milyon avroya "Mançester Yunayted"ə satan Amsterdam təmsilçisi klub tarixinin ən bahalı satışını həyata keçirib.
Antonidən öncə "Ayaks", Frenki de Yonq, Mattheys de Liqt və Hakim Ziyeç kimi ulduzları Avropa nəhənglərinə transfer edib.
Braziliyalı hücumçu ilə bu yayın rekorduna imza atan "Mançester Yunayted" isə transferlərdə "Ayaks" qədər gəlir əldə edə bilməyib. Belə ki, "qırmızı şeytanlar" Ser Aleks Ferqyusonun gedişindən sonra son 9 mövsümdə transferlərə 1 milyard 600 milyon avro xərcləyib.