2026-cı il FIFA Dünya Kubokunun başlamasına sayılı günlər qalmış nüfuzlu idman nəşri “The Athletic”turnirdə iştirak edəcək 48 milli komandanın güc reytinqini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, siyahıda favoritlər gözlənildiyi kimi ilk pillələri tutsa da, Türkiyə millisinin mövqeyi futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.  

Reytinqə görə turnirin ən güclü komandası son dövrlərin ən stabil və uğurlu yığmalarından biri olan İspaniyadır. İlk beşlik belə formalaşıb:

1. İspaniya

2. Fransa

3. Argentina

4. Braziliya

5. İngiltərə

İlk onluqda həmçinin Almaniya, Niderland, Portuqaliya, Kolumbiya və Xorvatiya yer alıb. Siyahı son illərdəki nəticələr, heyət keyfiyyəti və turnirə hazırlıq səviyyəsi nəzərə alınaraq hazırlanıb.  

Reytinqin açıqlanmasından sonra sosial mediada Türkiyənin 24-cü sıraya layiq görülməsi ilə bağlı çoxsaylı paylaşımlar edilib. Bir çox azarkeş Yaponiya, ABŞ və İsveçrə kimi komandaların Türkiyədən yuxarı göstərilməsinə etiraz edib.