Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) və FİFA, futbol dünyasında inqilab sayılacaq yeni qayda dəyişikliklərini təsdiqləyib.
Offsideplus.az xəbər verir ki iyun ayında ABŞ, Kanada və Meksikada start götürəcək 2026-cı il Dünya Çempionatı bu yeni qaydaların rəsmi olaraq tətbiq ediləcəyi ilk böyük turnir olacaq.
Futbolun tempini artırmaq, vaxt itkisinin qarşısını almaq və meydandakı nizam-intizamı qorumaq məqsədilə qəbul edilən əsas dəyişikliklər bunlardır:
1) Ağzını örtərək mübahisə edənlərə birbaşa qırmızı vərəqə veriləcək
Yaxın keçmişdə baş verən diskriminasiya və təhqir insidentlərinin qarşısını almaq üçün FİFA ən sərt addımını atıb.
-
Qayda: Meydanda rəqiblə və ya hakimlə yaşanan gərginlik (mübahisə) zamanı əli, forması və ya qolu ilə ağzını örtərək danışan futbolçular hakim tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırıla bilər.
-
Məqsəd: Futbolçuların ağızlarını gizlədərək irqçi, homofob və ya ağır təhqiramiz ifadələr işlətməsinin qarşısını almaq, meydanda şəffaflığı təmin etmək.
Komanda yoldaşları ilə adi taktiki söhbətlər zamanı ağzını örtənlər isə cəzalandırılmayacaq.
2) Qapıçı zədələnərkən texniki zonaya hetmək qadağandır.
-
Qayda: Oyun zamanı qapıçı zədələnib yerdə qaldıqda və oyuna fasilə verildikdə, digər futbolçular artıq baş məşqçidən taktiki tapşırıq və ya su içmək üçün kütləvi şəkildə texniki zonaya (ehtiyat skamyaya) tərəf qaçaraq gedə bilməzlər.
-
Məqsəd: Qapıçı zədələrindən istifadə edərək oyunun tempini qəsdən aşağı salan və gizli taktiki fasilələr yaradan komandaların vaxt itirməsinin qarşısını almaq.
3) VAR artıq "top oyuna daxil olmazdan əvvəlki" hücum folunu yoxlayacaq.
-
Qayda: Künc zərbələri (korner) və ya cərimə zərbələri zamanı, top hələ oyuna daxil olmadan öncə cərimə meydançası daxilində hücum edən tərəfin törətdiyi qayda pozuntuları (məsələn, rəqibi qəsdən itələmək, bloklamaq və s.) VAR tərəfindən geriyə dönük araşdırılacaq.
-
Şərt: Əgər bu qayda pozuntusu birbaşa qolun vurulmasına, penaltiyə və ya vərəqə qərarına birbaşa təsir göstəribsə, VAR idarə heyəti epizoda müdaxilə edərək qərarı ləğv edə biləcək.
4) Meydanı tərk etmə etirazına qırmızı vərəqə: Hakimin qərarına etiraz olaraq komanda şəklində və ya fərdi olaraq meydançanı tərk edib oyunu dayandıran futbolçular və ya buna təhrik edən texniki heyət üzvləri birbaşa qırmızı vərəqə alacaq.
5) Hakimlə yalnız kapitan danışa bilər: Hakimin qərarlarına etiraz etmək və ya izahat tələb etmək hüququ yalnız komandanın kapitanına məxsusdur.
7) Qapıçılara 8 saniyə qaydası: Qapıçının topu əlində saxlama limiti 8 saniyəyə qaldırılıb, lakin bu müddət keçərsə, əvvəlki kimi dolayı cərimə zərbəsi yox, birbaşa rəqib komandaya künc zərbəsi (korner) veriləcək.
8) 10 saniyədə əvəzetmə: Əvəzlənən futbolçu tablo qalxdığı andan etibarən 10 saniyə ərzində meydançanı tərk etməlidir.


