"Al Şabab" - "Əl Nəsr" oyununda Kristiano Ronaldo qələbə qoluna imza atıb.

Offsideplus.az xəbər verir ki, 97-ci dəqiqədə penalti zərbəsi qolu "Əl Nəsr"ə qələbə gətirib: 1:2.

Bu, portuqaliyalı ulduzun 907-ci karyera qoludur. Ronaldonun "Əl Nəsr" üçün yerinə yetirdiyi 19 penalti zərbəsinin hamısı dəqiq olub.