Ronaldinyo sosial şəbəkə hesabında paylaşım edərək, Braziliya millisini boykot edib.

Offsideplus.az xəbər verir ki, braziliyalı əfsanə ölkəsini Kopa Amerikada dəstəkləməyəcək.

"Bu qədər dostlar, artıq kifayətdir. Braziliya futbolunu sevənlər üçün kədərli bir andır. Oyunları izləmək get-gedə daha da çətindir. Bu, bəlkə də son illərin ən bərbad komandasıdır, hörmət olunası liderləri yoxdur, yalnız orta səviyyəli futbolçular var. Uşaqlığımdan bəri futbolu izləyirəm, futbolçu olmağı düşünməyimdən də əvvəl. Heç vaxt belə bərbad situasiya görməmişəm. Formaya yetərsiz sevgi, yetərsiz dayanıqlılıq. Ən əsası bu, futbol deyil

Təkrar edirəm, göstərdiyimiz performans gördüyüm ən bərbad şeydir. Ayıb olsun. Buna görə də qərarımı açıqlayıram: Kopa Amerikada milli komandanın heç bir oyununa baxmayacam, heç bir qələbəsinə sevinməyəcəm", Ronaldinyo deyib.