Leo Messinin çıxış etdiyi "İnter Mayami" MLS-də sonuncu yeri tutsa da, KONKAKAF Çempionlar Liqasında iştirak edə bilər. 

Offsideplus.az xəbər verir ki, argentinalı hücumçunun hər tur fərqləndiyi Liqalar Kubokunda 21 ABŞ və 18 Meksika klubu iştirak edir və turniri ilk 3 pillədə başa vuran komandalar birbaşa Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi üzrə keçirilən (KONKAKAF) Çempionlar Liqasında iştirak hüququ qazanır. Liqalar Kubokunun qalibi isə ÇL-nin 1/8 finalına vəsiqə əldə edir. 

Qeyd edək ki, Liqalar Kubokunun yarımfinalında "İnter Mayami" avqustun 16-sı Bakı vaxtı ilə saat 03:00-da "Filadelfiya" komandası ilə qarşılaşacaq.