"Napoli" klubunun futbolçusu Viktor Osimhen yüksək məbləğ qarşılığında komandadan ayrıla bilər.
Offsideplus.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu hücumçunu transfer etmək üçün yeni təklif irəli sürüb.
Məlumata görə, PSJ-nin fransalı ulduzu Kilian Mbappe “Əl-Hilal”ın təklini rədd edəndən sonra klub, “Napoli”nin hücumçusunu transfer etməyə çalışır. Viktor Osimhen üçün 200 milyon avro təklif edilib. “Napoli” rəhbərliyi də hücumçu ilə yeni müqavilə imzalamaq istəyir. Lakin “Napoli” rəhbərliyi yüksək təklif olacağı təqdirdə hücumçunu satacağını açıqlamışdı.