Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu vəzifə Luis Kastroya həvalə edilib.

Portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Əl-Nəsr"də Kristiano Ronaldo və Marselo Brozoviç kimi tanınmış futbolçular çıxış edirlər.