"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf klubdan ayrıla bilər.
Offsideplus.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis "Universitatya Krayova" ilə razılığa gəlib.
Xəbərə görə, Regekampfın yaxın zamanda "Neftçi"dən ayrılacağı və keçmiş klubuna qayıdacağı vurğulanıb.
Xatırladaq ki, çalışdırıcı daha əvvəl "Zirə" ilə Azərbaycan Kuboku oyunundan (0:1) sonra baş tutan mətbuat konfransında jurnalistlərə açıqlamasında klubunu dəyişmək fikrində olmadığını və "Neftçi"də qalacağını söyləmişdi.
Qeyd edək ki, Laurentsiu Regekampf 2021/2022 mövsümündə də "Universitatya Krayova"da işləyib. Onun adı daha əvvəl "Styaua" ilə yanaşı çəkilirdi.