"Qalatasaray"ın hücumçusu Viktor Osimhen üçün sürpriz talib çıxıb.
Offsideplus.az xəbər verir ki, nigeriyalı futbolçunu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu transfer etmək niyyətindədir.
Məlumatı məşhur Goal.com saytı yayıb.
Ərəblər bir müddət öncə "Liverpul"lu Mohamed Salahla maraqlanıblar. Ancaq misirli oyunçu "Liverpul"la yeni rəsmi müqavilə bağladıqdan sonra "Əl-Hilal" rəhbərliyinin hədəfi dəyişib.
Klublararası dünya çempionatı ərəfəsində ulduz futbolçu ilə heyətini gücləndirmək istəyən Səudiyyə Ərəbistanı təmsilçisi Osimhenin transfer hüquqlarını "Napoli"dən almağı planlaşdırır.
Qeyd edək ki, nigeriyalının transfer qiyməti 75 milyon avro dəyərləndirilir.