Argentina Futbol Federasiyası milli komandanın baş məşqçisi Lionel Skaloni ilə yeni müqavilə imzalayıb.
Offsideplus.az qrurumun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə müqavilənin müddəti 2026-cı ilin yayınadək uzadılıb.
Qeyd edək ki, Skaloni 2018-ci ildən komandaya rəhbərlik edir. Argentina yığması onun rəhbərliyi altında 2021-ci ildə Amerika kubokunun qalibi olub.