"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim hazırda icarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimheni komandası üçün ideal hücumçu sayır.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis onun qol vurmaq problemlərini həll edəyini düşünür.

Bu barədə "Mirror Football" məlumat yayıb.

Osimhen cari mövsüm "Qalatasaray" forması ilə 35 oyunda 30 qol vurub. Onun "Napoli" ilə olan sözləşməsində 75 milyon avroluq sərbəstqalma bəndi var.

Nigeriyalını transfer etmək istəyən klub bu məbləği ödəməlidir.