Formula 1 üzrə 7 qat dünya çempionu Lyuis Hemilton üçün mövsüm o qədər də yaxşı başlamayıb.

Offsideplus.az xəbər verir ki, ingiltərəli pilot 5 yarışdan sonra 31 xal yığa bilib. Komandanın direktoru Fred Vassör ona inanır və bunun böyüdülməyəcək bir şey olduğunu düşünür:

"Dramatik deyil, cəmi 5 yarış olub. Hətta Maks belə 7-ci oldu, amma heç kim ona bu haqda sual vermir. Problemləri birlikdə həll edəcəyik.

Sadəcə, müvəqqəti enişdir, mən həmişə onun arxasındayam".