Ukrayna Gənclər və İdman Nazirliyi (UGİN) 2022/23 mövsümündən başlayaraq futbol üzrə ölkə çempionatının təşkilinə icazə verib.
Offsideplus.az xəbər verir ki, bu qərar polis və müdafiə strukturları ilə razılaşdırıldıqdan sonra qəbul olunub.
Rusiyanın Ukraynaya hərbi hücumundan sonra, fevralın sonlarında ölkədə futbol da daxil olmaqla bütün idman yarışları dayandırılıb. Premyer-liqaya avqustun 23-də start veriləcək. Bu haqda UGİN-nin rəhbəri Vadim Qutsayt məlumat verib: