"Napoli" və "Latsio" "Lill"in futbolçusu Reinildo Mandavanı transfer etmək istəyir.

Offsideplus.az "La Qazetta dello Sport"a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi Fransa klubunun yeni şərtlər də olan sözləşməsini rədd edib və mövsüm sonunda A Seriyasına getmək istədiyini bildirib.

Qeyd edək ki, mozambikli futbolçu  bu mövsüm "Lill" formasıyla 21 matçda meydana çıxıb.