Almaniya yığmasının və Madrid "Real"ının zədəli futbolçusu Toni Kroosun son durumu açıqlanıb.

Offsideplus.az xəbər verir ki, tibbi müayinədən keçən yarımmüdafiəçinin zədəsi ciddidir.

Bud əzələsində dartılma olan futbolçunun yığmanın DÇ-2022-nin seçmə mərhələsində qarşıdan gələn İslandiya, Rumıniya və Şimali Makedoniya ilə oyunlarını buraxacağı dəqiqləşib.