2018 - 2020-ci illərdə MLS-də oynayan Zlatan İbrahimoviç ABŞ-ın MLS çempionatı tarixində ən yaxşı qolunun müəllifi olub.

Offsideplus.az xəbər verir ki, yarışın rəsmi saytı "Los-Anceles Qelaksi"nin sabiq futbolçusunun 2018-ci ildə "Los Anceles"lə derbi matçının 77-ci dəqiqəsində uzaq məsafədən endirdiyi dəqiq zərbə ən yaxşı seçilib.

Qeyd edək ki, Zlatan İbrahimoviç hazırda İtaliyanın "Milan" klubunda çıxış edir.