Rumıniya millisinin sabiq hücumçusu Adrian Mutu məşqçilik karyerasına başlayır.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı rumın fəaliyyətə "Astra"da start verəcək. Lisenziyası olmayan Mutu klubda məşqçilər korpusuna daxil ediləcək. 2014/15 mövsümündə Rumıniya çempionu olan Curcu təmsilçisi hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Qeyd edək ki, "Astra" bu mövsüm Avropa Liqasının II təsnifat mərhələsində "Zirə"ni mübarizədən kənarlaşdırmışdı.
Mutu peşəkar karyerasını 2016-cı ildə bitirib. Klub səviyyəsində 552 oyuna 199 qol vuran hücumçu 2000-13-cü illərdə milli komandanın da formasını geyinib.