Xizəksürmə üzrə norveçli olimpiya çempionu Astrid Yakobsen karyerasını bitirib.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı idmançı COVİD-19 epidemiyasına görə bu addımı atıb. Yakobsen hazırda necə səhiyyə işçisi olacağını karyerasından daha çox düşündüyünü bildirib. Xanım idmançı hazırda aldığı təhsilini başa vuraraq, bir ildən sonra həkim olacaq.
Qeyd edək ki, sözügedən idmançı 2018-ci il Pxençan Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, üçqat dünya çempionu olmaqla yanaşı, Dünya Kubokunun da qalibidir.