Meksika futbol federasiyası qeyri-adi qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, ölkənin əsas və ikinci liqaları ilə yeni layihə həyata keçiriləcək.
Həmin çempionatlarda klubların qarşıdakı 5 mövsüm ərzində aşağı liqaya göndərilməməsinə qərar verilib.
Bu barədə liqanın prezideti Enrike Bonilya məlumat verib. O, eyni zamanda koronavirus səbəbindən ikinci liqada 2019/20 mövsümünün ləğvinə qərar verildiyini və çempionun elan edilməyəcəyini açıqlayıb.