Çinin "Quançjou Everqrand" klubu karantin qaydasını pozan oyunçusu Yun Hanço ilə yolları rəsmən ayırıb.

Offsideplus.az xəbər verir ki, sözügedən yarımmüdafiəçi avtomobilindəki nömrəni saxtalaşdırmağa çalışıb. Hanço ona avtomobil sürməyə imkan verəcək nömrə taxıb.

 Klub rəhbərliyi bu hərəkətinə görə Hanço ilə müqaviləni birtərəfli qaydada ləğv edib.