Çin Futbol Assosiasiyası klubların formalaşdırılması qaydalarında bir sıra dəyişikliklər edib.
Offsideplus.az xəbər verir ki, 2020-ci ildən etibarən əcnəbi futbolçuların illik əmək haqqı 3 milyon avrodan çox olmayacaq. Bu məbləğə bonuslar və vergilər daxil deyil.
Yeni tətbiq olunacaq qaydalar dünya ulduzlarının Çin çempionatına keçidini faktiki olaraq aradan qaldırır.
Yeni ödəmə qaydaları bu qışda qüvvəyə minəcək. 3 milyon avro əcnəbilər üçün keçərlidir. Çinli futbolçular ildə maksimum 10 milyon yuan (təxminən 1.29 milyon avro) əldə edə biləcəklər. Milli komandanın oyunçuları üçün 20% bonus var.
Yaşı 21-dən az olan Çin oyunçuları 300 min yuan (təxminən 38.64 min avro) pul ala biləcəklər. İstisna yalnız Super Liqada müəyyən sayda oyun keçirəcək gənc oyunçulara aid ediləcək. Bunun üçün tələb olunan oyunların dəqiq sayı hələ müəyyənləşdirilməyib.
Legioner limitinə gəlincə - 2020-ci ildə Super Liqa klublarının iştirak ərizəsində 5-dən çox əcnəbi ola bilməz. Eyni vaxtda meydanda maksimum 4 legioner ola bilər.